BAKI, 19 avqust. TELEQRAF
“İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlar hələ də mümkün variant olaraq qalır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi deyib.
Diplomat vurğulayıb ki, İran ABŞ Prezidenti Donald Trampın güc tətbiq etmək məsələsində ciddi olduğunu anlamalıdır.
“ABŞ İranın təhdidlərinə ciddi yanaşır və hərbi eskalasiya variantı hələ də gündəmdədir”, - Hakabi əlavə edib.