BAKI, 19 avqust. TELEQRAF
İran parlamentinin 38 deputatı Prezident Məsud Pezeşkiana müraciət edərək, cəmiyyətdə “çılpaqlıq mədəniyyətinin təbliğatçıları”na qarşı tədbir görülməsini tələb edib.
Teleqraf xəbər verir ki, Rəşt şəhərinin deputatı Məhəmmədrza Əhmədi Səngəri və daha 37 deputatın müraciəti parlamentin iclasında oxunub.
Deputatlar Pezeşkiana “əsl İran və İslam mədəniyyətinin qorunmasına, müqəddəs dəyərlərin saxlanmasına, cəmiyyətdə qaydaları pozanlara və çılpaqlıq mədəniyyətinin təbliğatçılarına qarşı tədbir görülməsinin zəruriliyi” ilə bağlı xəbərdarlıq ediblər.