BAKI, 19 avqust. TELEQRAF
“İsrail və Suriya təhlükəsizlik üzrə status-kvonu qorumaq barədə razılığa gəlib. Suriya Türkiyə qoşunlarının Hələb yaxınlığındakı hava bazasında yerləşdirilməsinə icazə verməklə, az qala status-kvonu pozurdu”.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş nazir Administrasiyasının açıqlamasında bildirilib.
“İsrail dəfələrlə Suriyaya belə bir yerləşdirmənin İsrailin təhlükəsizliyinə təhdid yaradacağı barədə xəbərdarlıq edib. Suriya bu xəbərdarlıqları qulaqardına vurmağı seçib. İsrail öz təhlükəsizliyinə təhdidlərə dözməyəcək və status-kvoya qayıtmağı alqışlayacaq", - açıqlamada qeyd olunub.