BAKI, 18 avqust. TELEQRAF
“İran ordusu ağıllı əməliyyat planlaşdırması və Ali rəhbər Müctəba Xameneinin rəhbərliyi altında düşmənə elə bir şillə vurub ki, bütün dünya bizim qələbəmizi etiraf edib”.
Teleqraf xəbər verir ki, bu iddianı İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf irəli sürüb.
“İran limanlarının blokadası aradan qaldırılana, dondurulmuş vəsaitlər azad edilənə, neft sektoruna qarşı sanksiyalar dayandırılana və bütün cəbhələrdə təhdidlər və hərbi əməliyyatlar sona çatana qədər Hörmüz boğazı açılmayacaq”, - spiker əlavə edib.
Qalibaf qeyd edib ki, ABŞ ilə əldə olunan anlaşma və atəşkəs nəticəsində yaranmış imkanlar İranın iqtisadi dayanıqlığının artırılmasına və müdafiə qabiliyyətinin yenidən qurulmasına kömək edib:
“İran düşmənin addımlarına və müdaxiləsinə uyğun olaraq, ona əvvəlkindən daha ağır məğlubiyyət yaşatmağa hazırdır”.