BAKI, 14 avqust. TELEQRAF

“İranın mərhum ali rəhbəri Əli Xameninin qisasının alınması məsələsi ənənəyə çevrilməli və yekun nəticə əldə olunanadək davam etdirilməlidir”.

Teleqraf xəbər verir ki, bunu İran ali rəhbərinin nümayəndəsi Lütfəli Dəjkam deyib.

“Qisas anlayışını kiçiltməməli və düşünməməliyik ki, qarşı tərəfdən bir nəfəri öldürdüksə, məsələ bununla bitib. Din və inqilab yolunda tökülən qanların məqsədi bundan qat-qat böyükdür”, - o bildirib.