BAKI, 11 avqust. TELEQRAF
Hörmüz boğazının idarə olunması ilə bağlı yeni qanun layihəsi iki həftədən az müddətdə İran parlamentinə təqdim ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd bildirib.
“İnanıram ki, bütün ekspert rəylərini aldıqdan sonra iki həftədən az müddətdə bu layihə parlamentin plenar iclasında təqdimat üçün tam hazır olacaq”, - deputat deyib.
Zöhrəvənd qeyd edib ki, qanun layihəsi hazırda Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin gündəliyindədir və ekspertlər tərəfindən araşdırılır.
Avqustun 9-da İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazının idarə olunması ilə bağlı yeni qanun layihəsini təsdiqləyib.