BAKI, 3 noyabr. TELEQRAF
Parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Teleqraf xəbər verir ki, deputatların müzakirəsindən sonra Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkili müəyyənləşib (Ombudsmanı) seçilib.
O, Milli Məclisdə and içib.
Beləliklə, Əliyeva Səbinə Yaşar qızı yenidən 7 il müddətinə Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) seçilib.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən Ombudsman vəzifəsinə Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhun Yasinali oğlu və Vəliyeva Elşanə Rafiq qızının namizədliyi irəli sürülüb.
Xatırladaq ki, Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi 3 namizəd arasından Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə müəyyənləşir.
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə tənzimlənir.
Hazırkı ombudsman Səbinə Əliyevadır. O bu vəzifəyə 2019-cu ilin noyabrında seçilib.