BAKI, 3 noyabr. TELEQRAF
Bakıda 14 ünvanda yerləşən yeraltı və yerüstü piyada keçidlərindəki liftlərin və eskalatorların yenilənməsinə 10 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bununla bağlı “LİFTTƏMİR” İstehsalat Birliyi açıq tender elan edib.
Tenderin ehtimal olunan qiyməti 9 milyon 985 min 650 manatdır.
Layihə çərçivəsində 14 fərqli ünvanda yerləşən piyada keçidlərində quraşdırılmış liftlərin yenilənməsi və əsaslı təmiri, eskalatorların, eləcə də əlil arabaları üçün platformaların yenisi ilə əvəz edilməsi nəzərdə tutulur.
Tender üzrə təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi dekabrın 2-nə təyin edilib.