BAKI, 3 noyabr. TELEQRAF
Milli Məclis "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə"ni təsdiq edib.
Teleqraf xəbər verir ki, bununla bağlı məsələ qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
İclasda həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiqi haqda qanun layihəsi də müzakirə edilib. Hər iki qanun layihəsi parlamentin plenar iclasında təsdiq edilib.