BAKI, 3 noyabr. TELEQRAF

"Qarabağ" klubu 4500 manat cərimələnib.

Teleqraf xəbər verir kİ, qərar bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında qəbul edilib.

Belə ki, 31 oktyabr tarixində Misli Premyer Liqasında X turun “Qəbələ”– “Qarabağ” oyununda qonaqların 9 nömrəli futbolçusu Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyinə görə Ağdam klubu 1500 manat cərimələnib.

Həmçinin, oyun bitdikdən sonra "Qarabağ" azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görəkomanda 3000 manat ziyana düşüb.

Bununla belə, oyunda “Zona 1” ərazisində kənar şəxslər olduğuna görə “Qəbələ” komandası 1000 manat cərimələnib.