BAKI, 24 iyul. TELEQRAF

İrandan Bəhreynə hava hücumu Silahlı Qüvvələr tərəfindən dəf edilib.

Teleqraf xəbər verir ki, bu barədə Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığı məlumat yayıb.

Açıqlamada İrandan hücumunun qarşısının alındığı, dronlar və raketlərin zərərsizləşdirildiyi bildirilib.

Qeyd edilib ki, mülki şəxsləri və infrastrukturu hədəf almaq üçün raket və dronlardan qəsdən istifadə beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır.

Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığı əlavə edib ki, ölkənin bütün silahları və bölmələri ölkəni qorumaq üçün ən yüksək səviyyədə hazırlıq vəziyyətindədir.