BAKI, 22 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın İranın yeni nüvə obyektinə malik olması ilə bağlı bəyanatları əsassızdır və ölkəyə növbəti zərbələr endirmək üçün sadəcə bəhanədir.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

"İranın nüvə fəaliyyəti AEBA ilə tam şəkildə razılaşdırılıb. Vaşinqtonun heç bir nüvə fəaliyyətinin həyata keçirilmədiyi Kolang dağını hədəfə alması təcavüz, dağıntı və təxribat üçün uydurulmuş bəhanədən başqa bir şey deyildir", - o qeyd edib.

O vurğulayıb ki, ABŞ-nin təhdidləri İranın elmi tərəqqisinə və texniki inkişafına qarşı dərindən kök salmış düşmənçilikdən xəbər verir.

XİN rəsmisi həmçinin AEBA-nın baş direktoru Rafael Qrossini baş verənlərə reaksiya verməyə çağırıb.