BAKI, 20 iyul. TELEQRAF
İran ABŞ ilə gərginliyin azaldılması üçün vasitəçilərdən yeni təkliflər alıb.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi keçirdiyi mətbuat konfransında bildirib.
İran rəsmisi gərginliyin azaldılması məqsədilə vasitəçilərdən müəyyən təkliflər aldıqlarını təsdiqləyib.
İsmayıl Bəqayi təkliflərin mahiyyəti barədə detalları hələlik açıqlamayacağını bildirib.