BAKI, 20 iyul. TELEQRAF

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi ABŞ ilə imzalanmış memorandumun müddəalarının birmənalı olduğunu və heç bir fərqli yozuma açıq olmadığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə İsmayıl Bəqayi keçirdiyi mətbuat konfransında bildirib.

İsmayıl Bəqayi ABŞ-nin İrana qarşı həyata keçirdiyi son hücumlara toxunub.

"Memorandumun mətni aydındır və izaha ehtiyac duymur. Amerika heç bir yerdə İrana qarşı hücumu yozum fərqi ilə əsaslandırmayıb".