BAKI, 13 iyul. TELEQRAF

ABŞ İranın dəniz limanlarının blokadasına yenidən başlayır.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb.

"Biz yalnız İran gəmilərinin və ya onların müştərilərinin limanlara daxil olmasını yaxud oradan çıxmasını əngəlləyən "İran blokadası"nı bərpa edirik. Bütün digər ölkələr Hörmüz boğazından açıq və ədalətli əsaslarla istifadə edə biləcəklər", - Ağ Ev rəhbəri qeyd edib.