BAKI, 13 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkəsinin gələcəkdə Hörmüz boğazının idarəçiliyini öz üzərinə götürə biləcəyini və Vaşinqtonun buna görə təzminat almalı olduğunu bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Fox News" telekanalının canlı efirində danışıb.

"Biz Hörmüz boğazını öz nəzarətimizdə saxlayacağıq və böyük ehtimalla onu idarə edəcəyik. Bu su keçidinin "qoruyucu mələyinə" çevriləcəyik. Buna görə də bizə kompensasiya ödənilməlidir",- o qeyd edib.

Qeyd edək ki, daha sonra Donald Tramp sosial media hesabında paylaşım edərək ABŞ-nin Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsinə görə daşınan bütün yüklərin dəyərinin 20 %-i həcmində kompensasiya alacağını vurğulayıb.