BAKI, 3 iyul. TELEQRAF
“Ölkəmizə 2 trilyon dollardan artıq ziyan vuran terror problemini “Terrorsuz Türkiyə” prosesi çərçivəsində birdəfəlik həll edərək böyük və güclü Türkiyənin qarşısındakı maneələri tam aradan qaldırmaq istəyirik”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Terror problemi tam həll olunduqdan sonra xalqımızın ən böyük inkişafı kənd təsərrüfatı və heyvandarlıq sahəsində əldə edəcəyinə inanırıq. Bu prosesin yaratdığı təhlükəsizlik və sabitlik mühiti idmandan məşğulluğa, turizmdən ticarətə qədər bütün sahələrə müsbət təsir göstərir”, - dövlət başçısı vurğulayıb.
Türkiyə Prezidenti əlavə edib ki, terror problemi tamamilə həll olunacaq.