BAKI, 3 iyul. TELEQRAF
İranın rəsmi dəvətinə baxmayaraq, dünya güclərindən heç birinin lideri ölkənin mərhum ali rəhbəri Əli Xamenei ilə vida mərasimində iştirak etməyib.
Teleqraf xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
Agentlik bildirib ki, liderlərinə rəsmi dəvətə rəğmən, Türkiyə, Rusiya, Çin və Hindistan da Tehrana daha aşağı vəzifəli rəsmilərini göndərib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin Tehrana hava hücumu zamanı öldürülən Əli Xamenei ilə vida mərasimi bu gün başlayıb. O, iyunun 9-da Məşhəd şəhərində dəfn ediləcək.