BAKI, 1 iyul. TELEQRAF

Qətərin vasitəçiliyi ilə Dohada ABŞ və İran nümayəndə heyətləri arasında dolayı danışıqlar başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Qeyd edilib ki, ABŞ nümayəndə heyəti artıq Qətər nümayəndələri ilə məsləhətləşmələrə başlayıb.

Əsas mövzunun İranın dondurulmuş aktivləri və Hörmüz boğazı olduğu bildirilib.