BAKI, 30 iyun. TELEQRAF
ABŞ ilə əlaqələr hərbi müstəvidə deyil, yalnız siyasi kanallar vasitəsilə həyata keçirilir.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi keçirdiyi mətbuat konfransında bildirib.
O, iki ölkə arasında mövcud olan əlaqə mexanizminə aydınlıq gətirərək qeyd edib:
"İran və ABŞ arasında əlaqə kanalları hərbi qurumlar tərəfindən deyil, siyasi idarələr vasitəsilə yaradılıb. Bu prosesdə İran tərəfindən Xarici İşlər Nazirliyi, ABŞ tərəfindən isə müvafiq profilə malik dövlət strukturu təmsil olunur."