BAKI, 29 iyun. TELEQRAF
Suriyanın paytaxtı Dəməşqdə Türkiyə və Suriya rəsmiləri arasında ikitərəfli əməkdaşlıq məsələlərinə dair yüksək səviyyəli görüş baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə SANA məlumat yayıb.
Məlumata görə, görüşdə Suriyanın daxili işlər naziri Ənəs Xəttab və Türkiyənin Suriyadakı səfiri Nuh Yılmaz iştirak ediblər. Tərəflər ikitərəfli təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin artırılması istiqamətində müzakirələr aparıblar.
Suriya Daxili İşlər Nazirliyi isə bildirib ki, danışıqlar zamanı qarşılıqlı əməkdaşlıq mexanizmlərinin inkişafı, regional sülh və sabitliyin təmin olunması kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.