BAKI, 26 iyun. TELEQRAF

“Əgər biz tədbir görməsəydik, İran bu gün İsraili məhv etmək üçün nüvə bombası əldə edərdi”.

Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

O vurğulayıb ki, razılaşma olsa da, olmasa da, İsrailin baş naziri olduğu müddətdə İran nüvə silahı əldə edə bilməyəcək:

“Heç bir halda İranın nüvə bombası istehsal etməsinə icazə verməyəcəyik”.

Netanyahu əlavə edib ki, İsrail lazım olduğu qədər Livanın cənubunda qalacaq: “Orduya hərbçilərimizə və şimal bölgəsindəki sakinlərimiz üçün istənilən təhdidə qarşı tam hərəkət azadlığı vermişik”.