BAKI, 17 iyun. TELEQRAF
İran ABŞ ilə anlaşmanı elan etdikdən bir neçə gün sonra Moskvada 20 Rusiya helikopterinin alınması üzrə müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Məlumata görə, İran Qızıl Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd çərşənbə günü Moskvada Rusiya tərəfi ilə müqavilə imzalayıb.
Helikopterlərdən ilk dördünün 2027-ci ilin mart ayına qədər çatdırılması planlaşdırılır.
“Forbes” helikopterlərin Qızıl Ayparanın hava dəstəyi və yardım donanması üçün alındığını yazıb.
Nəşr əlavə edib ki, helikopterlərin alınması ilə bağlı müqavilə ABŞ ilə razılaşmağa çalışarkən, digər yandan da Rusiya ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi və hava donanmasının bir hissəsinin modernləşdirilməsi fonunda reallaşdırılıb.