BAKI, 11 iyun. TELEQRAF

İran və ABŞ arasında danışıqların müsbət nəticələnməsi region üçün vacibdir.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

H. Fidan qeyd edib ki, müharibə ritorikasının güclənməsi və hərbi eskalasiya heç bir tərəfə fayda vermir:

"Biz tərəfləri qarşılıqlı hücumlara son qoymağa, danışıqlar masasına qayıtmağa və yekunlaşmaq üzrə olan razılaşmanı tamamlamağa çağırırıq. Türkiyə Fars körfəzi regionunda sabitliyin bərqərar olması məqsədilə diplomatik səylərini artırır və tərəflərlə intensiv məsləhətləşmələr aparır".