BAKI, 10 iyun. TELEQRAF

Türkiyənin milli təhlükəsizlik strategiyası təkcə ölkə sərhədləri daxilində deyil, həm də regionun əsas mərkəzlərində təmin olunmalıdır.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Regiondakı mövcud hərbi-siyasi gərginliyə toxunan Türkiyə lideri rəsmi Ankara üçün bu coğrafiyaların strateji əhəmiyyətini vurğulayıb:

"Ölkənin təhlükəsizliyi təkcə sərhəd bölgəsi olan Hataydan deyil, həm də Suriyanın Hələb və Dəməşq, eləcə də Livanın Beyrut şəhərlərindən başlayır".