BAKI, 9 iyun. TELEQRAF

İran ordusunun iki hərbçisi Bəhmən Hüseyni və Əlirza Abiri İsrailin iyunun 8-də ölkəyə hava hücumu zamanı öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Hərbçilərin xidməti vəzifələrini yerinə yetirərkən həyatlarını itirdikləri bildirilib.