BAKI, 25 may. TELEQRAF

“İran və ABŞ arasında sülh müqaviləsi çərçivəsində anlaşma memorandumu və nüvə proqramı ilə bağlı müzakirələr 60 gün ərzində aparılmalıdır”.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“60 gün ərzində anlaşma memorandumunun müəyyən detalları və digər məsələlər üzrə müzakirələr aparılmalıdır. Bu məsələlərdən biri mütləq nüvə proqramı ilə bağlıdır”, - diplomat bildirib.