BAKI, 19 may. TELEQRAF
İsrail Silahlı Qüvvələri Suriyanın cənubunda yerləşən Quneytra əyalətinin ərazisini atəşə tutub.
Teleqraf xəbər verir ki, bu barədə Suriya Dövlət Televiziyası məlumat yayıb.
Hadisə Quneytranın şimal hissəsindəki Trunca kəndi ətrafında baş verib. Kənd təsərrüfatı ərazilərinə bir neçə artilleriya mərmisi atılıb. Hadisənin nəticələri barədə heç bir məlumat verilməyib.