BAKI, 18 may. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələri Livanda “Hizbullah” terror təşkilatının tank əleyhinə silah anbarını məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Ordu əlavə edib ki, Livan ərazisində keçirilən əməliyyat çərivəsində təşkilatın silah anbarları və dislokasiya mərkəzləri məhv edilib, tank əleyhinə qurğular, partlayıcı maddələr və yüngül silahlar aşkar olunub.