BAKI, 15 may. TELEQRAF

ABŞ İraqın yeni hökumətindən problemli məsələlərin, xüsusilə də təhlükəsizlik sahəsindəki fəsadların həllində real irəliləyişlər gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi və ölkənin Türkiyədəki səfiri Tomas Barrak bildirib.

T. Barrak qeyd edib ki, Vaşinqton Bağdaddakı yeni rəhbərliklə ortaq maraqlara xidmət edən proqramlar çərçivəsində əməkdaşlığa hazırdır:

"Biz yeni rəhbərliyin təyinatından məmnunvuz və ümumi maraqlarımıza uyğun gələn cəsarətli yeni proqram çərçivəsində əməkdaşlığa başlamağı səbirsizliklə gözləyirik. Donald Tramp, dövlət katibi Marko Rubio və bütövlükdə ABŞ İraq xalqının rifahı və terrorizmin kökünün kəsilməsi kimi ümumi məqsədlərə çatmaq üçün yeni hökumətlə sıx işləməyə hazırdır".