BAKI, 12 may. TELEQRAF
İran Silahlı Qüvvələri Hörmüz boğazında nəzarət zonasını genişləndirib.
Teleqraf xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandan müavini Məhəmməd Əkbərzadə bildirib.
“Əvvəllər Hörmüz boğazı Hörmüz və Henqam kimi adaların ətrafındakı məhdud ərazi kimi qəbul edilirdisə, bu gün bu yanaşma dəyişib. Yeni konsepsiyaya əsasən, Hörmüz boğazının sərhədləri əhəmiyyətli dərəcədə genişləndirilib”, - o qeyd edib.
Əkbərzadə vurğulayıb ki, əvvəllər 32-48 km enində zolaqdan söhbət gedirdisə, indi onun uzunluğu 321-482 km-i keçib.