BAKI, 11 may. TELEQRAF
“İran Silahlı Qüvvələri düşmənlərin həddini aşan tələblərinə qarşı mübarizə üçün Hörmüz boğazının ağıllı şəkildə idarə edilməsini öz nəzarətinə götürüb, gəmilərin keçidinə görə rüsum ala bilər”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Abbas Müqtədayi deyib.
Deputat bəzi regional ölkələri “təxribatçılıqda” ittiham edərək bildirib ki, onlar öz ərazilərini İrana hücum üçün ABŞ-yə veriblər.
“Əgər Amerika İranın maraqlarına qarşı fantaziyalarında israr etmək istəsə, bu inadkarlığın bədəlini ağır ödəyəcək”, - Müqtədayi vurğulayıb.