BAKI, 11 may. TELEQRAF
“ABŞ İranın cənubundakı bəzi adaları ələ keçirməyi planlaşdırır”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin deputatı Kamran Qəzənfəri deyib.
Parlamentari ABŞ ilə danışıqları “zərərli” adlandırıb:
“Düşmən hər dəfə danışıqlar davam etdikcə sanksiyaları azaltmaq əvəzinə, əvvəlkilərə yenilərini əlavə edir. Təhdid altında danışıqlar aparmaq düşmənə təslim olmaq deməkdir.
Amerika İrandan uranın zənginləşdirilməsindən tamamilə imtina etməsini və proqramın dayandırılmasını tələb edir. İran Amerikanın bu qanunsuz tələblərinə boyun əyməyəcək. Heç bir halda amerikalılarla nüvə məsələləri ilə bağlı müzakirə aparmayacağıq”.
Qəzənfəri ABŞ-nin İranla yeni müharibəyə hazırlaşdığını da vurğulayıb:
“Sübutlar göstərir ki, genişmiqyaslı əməliyyat planlaşdırırlar. Çox güman ki, cənubdakı bəzi adalarımızı ələ keçirmək niyyətindədirlər”.