BAKI, 1 may. TELEQRAF

“ABŞ ilə danışıqlar aparmaq təslim olmaq deməkdir, artıq bunun heç bir mənası yoxdur”.

Teleqraf xəbər verir ki, bunu İranın Məşhəd şəhərinin imam-cüməsi ayətullah Əhməd Aləmül-Xuda deyib.

“Bu günə qədər məcburiyyət olmadığı üçün Hörmüz boğazına getməmişdik, amma indi məcbur olduğumuz üçün bu üstünlük davam etməlidir”, - o bildirib.

Aləmül-Xuda vurğulayıb ki, İran Hörmüz boğazına nəzarət etməklə dünya ölkələri ilə ticarət apara bilər, bu səbəbdən ABŞ ilə danışıqlara ehtiyac yoxdur.

Həmçinin o, Tehranın nüvə proqramı ilə bağlı qeyd edib ki, İran uranın zənginləşdirilməsi proqramını dayandırsa, ABŞ onun üstünə nüvə bombası ilə gələcək.