BAKI, 1 may. TELEQRAF

“İranın Bəsrə körfəzi ölkələrinə hücumundan sonra heç bir birtərəfli razılaşma etibarlı və güvənli deyil”.

Teleqraf xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin müşaviri Ənvər Qarqaş deyib.

BƏƏ rəsmisi Hörmüz boğazı ilə bağlı danışıqlarda beynəlxalq kollektiv iradənin bu həyati əhəmiyyətli keçiddə naviqasiya azadlığının əsas təminatçısı olduğunu vurğulayıb.

Qarqaş qeyd edib ki, bu yanaşma müharibədən sonrakı mərhələdə regionun sabitliyinə və qlobal iqtisadiyyata töhfə verəcək.

“Əlbəttə, bütün qonşu ölkələrə genişmiqyaslı təcavüzündən sonra İranla isənilən birtərəfli razılaşmaya etibar etmək və arxalanmaq olmaz”, - prezidentin müşaviri əlavə edib.