BAKI, 1 may. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian və parlamentin sədri Məhəmməd Baqir Qalibaf xarici işlər naziri Abbas Əraqçinin ABŞ ilə dialoq prosesindəki fəaliyyətinə görə işdən çıxarılmasında maraqlıdır.
Teleqraf xəbər verir ki, bu barədə “Iran International” mənbələrə istinadla məlumat yayıb.
Mənbə bildirib ki, Əraqçi son iki həftədə hökumətin nümayəndəsi kimi yox, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əhməd Vahidinin şəxsi köməkçisi kimi davranır:
“Pezeşkian yaxınlarına deyib ki, Əraqçi onu ABŞ ilə danışıqlar prosesi barədə lazımi şəkildə məlumatlandırmır, Vahidi ilə birgə hərəkət edir”.
Agentlik İran Prezidentindən sitat gətirib: “Əgər bu belə davam edərsə, onu işdən çıxaracağam”.