BAKI, 30 aprel. TELEQRAF
“ABŞ-nin İrana qarşı dəniz blokadası ilə bağlı siyasəti neftin qiymətinin bir barel üçün 140 dollara qədər artmasına səbəb olacaq”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri və ABŞ ilə danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf deyib.
“Bu, ABŞ administrasiyasının maliyyə naziri Skott Bessent kimi insanlardan aldığı faydasız məsləhətlərdən biri idi. Onlar da İrana qarşı blokada siyasətini irəli sürür və neftin qiymətlərini 120 dollar və daha yuxarı səviyyəyə çatdırıblar. Növbəti dayanacaq 140 dollardır”, - spiker bildirib.