BAKI, 27 aprel. TELEQRAF
“Dünya texnologiya və süni intellektin öncüllük etdiyi kəskin dəyişiklik mərhələsindən keçir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan süni intellekt və yeni texnologiyaların dünyaya təsirləri barədə danışarkən deyib.
“Dünya texnologiya və süni intellektin öncüllük etdiyi kəskin dəyişiklik mərhələsindən keçir. Bu dəyişikliyin bəşəriyyətə nə qazandırdığını, nə itirdiyini, əlbəttə, alimlərimiz çoxşaxəli şəkildə araşdırırlar. Amma hamımız açıq şəkildə görürük ki, qarşısına çıxanı özü ilə aparan bu dəyişiklik dalğasını dayandırmaq, qarşısına sədd çəkmək mümkün deyil. Amma dəyişikliyi düzgün oxumaq, düzgün istiqamətləndirmək və sağlam şəkildə idarə etmək bizim öz əlimizdədir”, - dövlət başçısı bildirib.