BAKI, 17 aprel. TELEQRAF
“İran Silahlı Qüvvələri ABŞ və İsraili əməllərindən peşman etməyə hazırdır, bu yol tam qələbə əldə olunana qədər davam edəcək”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının rəisi Əli Abdullahi deyib.
“ABŞ və İsrailin İran Qilahlı Qüvvələri və döyüşkən xalqının böyüklüyü və nüfuzu qarşısında baş əyməkdən və təslim olmaqdan başqa çarəsi yoxdur”, - o bildirib.