BAKI, 15 aprel. TELEQRAF

İsrail Müdafiə Qüvvələrinin sosial media hesabında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari ilə bağlı paylaşım edilib.

Teleqraf xəbər verir ki, paylaşımda SEPAH nümayəndəsi “süni intellekt məhsulu” adlandırılıb.

“Xatəmül-Ənbiya”nın sözçüsü İbrahim Zülfüqari real insandan daha çox süni intellekt məhsulu kimi görünür. Əgər onu canlı müsahibə verərəkən və ya reallıqda görmüsünüzsə, bizə deyin. Əgər görməmisinizsə, onun süni intellekt məhsulu olduğunu sübut etməyə kömək edin. Xalqla danışmaq üçün xəyali personajlar yaratmağa məcburdurlarmı? Bu, onların mesajlarının etibarlılığı barədə nə deyir?”, - İsrail Ordusu vurğulayıb.