BAKI, 11 aprel. TELEQRAF

İraq Prezidenti Əbdül Lətif Rəşid dövlət başçısı vəzifəsinə namizədliyini geri götürüb.

Teleqraf xəbər verir ki, bu barədə INA məlumat yayıb.

Parlament sədri Heybət əl-Halbusi Əbdül Lətif Rəşidin namizədlər siyahısından çıxarıldığını açıqlayıb. Prezidentliyə namizədlərin sayı hazırda 16-dır.