BAKI, 10 aprel. TELEQRAF
“İranın Ali rəhbəri Müctəba Xamenei Ali Milli Təhlükəsizlik Şurasına ABŞ və İsraillə müvəqqəti atəşkəsin qəbuluna icazə verib”.
Teleqraf xəbər verir ki, bunu İranın Məşhəd şəhərinin imam-cüməsi Əhməd Aləmülxuda deyib.
“Həmçinin ali rəhbəri döyüşçülərə o mesaj göndərib ki, düşmən atəşkəsə əməl etməyəcək, müharibəni davam etdirəcək”, - o bildirib.
İran liderinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahi aprelin 10-da TASS-a açıqlamasında söyləmişdi ki, Müctəba Xamenei ölkədə vəziyyəti nəzarətdə saxlayır, ABŞ və İsraillə atəşkəs barədə qərarı şəxsən özü verib:
“O, özünü çox yaxşı hiss edir, hər şey onun nəzarəti altındadır. Ofisinə gəlir, rəsmiləri, prezidenti, parlament nümayəndələrini qəbul edir, görüşlər keçirir. Atəşkəs qərarını da şəxsən o verib”.
İlahi vurğulamışdı ki, İranın ali rəhbəri tezliklə birbaşa xalqa müraciət edə bilər: “Ümid edirik ki, o, tezliklə ictimaiyyət arasında çıxacaq və xalqa birbaşa müraciət edəcək”.
Xatırladaq ki, “The Times” bundan əvvəl mənbələrə istinadla İranın yeni ali rəhbərinin ağır yaralandığı, müalicə aldığı və qərar qəbuletmədə iştirak etmədiyi barədə məlumat yayıb.