BAKI, 9 aprel. TELEQRAF
“ABŞ və İran arasında iki həftəlik atəşkəs elan edilməsi ilə dünya rahat nəfəs aldı, amma bu fasilənin uzunmüddətli sülhə çevrilib-çevrilməyəcəyi hələ məlum deyil”.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazıb.
Nəşr hesab edir ki, müharibədə nə açıq qalib var, nə də məğlub.
Mənbə bildirib ki, atəşkəs razılaşmasının əldə olunmasında Türkiyə rəhbərliyinin də mühüm rolu olub. Ankara-Vaşinqton-Tehran-İslamabad-Doha xətti üzrə təxminən 50 telefon danışığı aparılıb. Hələ də Ankara tərəfindən müvəqqəti atəşkəsin daimi sülhə çevrilməsi üçün səylər göstərilir, aprelin 10-da İslamabadda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının formatı və gündəliyi üzərində iş aparılır.