BAKI, 8 aprel. TELEQRAF

“İran ərəb ölkələri üçün heç bir təhlükə yaratmır və ABŞ-ni Yaxın Şərqdən qovmaq üçün Tehranla əməkdaşlıq etməyi tövsiyə edir”.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının bəyantında bildirilib.

“Biz region ölkələri üçün təhlükə yaratmırıq və yaratmayacağıq. Müsəlman ölkələrinin hökumətlərinə və xalqlarına İran İslam Respublikasına etibar etməyi və regionda və dünyada əsas qeyri-sabitlik yaradan amil olan ABŞ Ordusunu qovmaq üçün əməkdaşlıq etməyi tövsiyə edirik”, - SEPAH vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Şərtlərdən biri İranın Hörmüz boğazını açması ilə əlaqəlidir. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.

ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb.