BAKI, 8 aprel. TELEQRAF
“İsrail Ordusu Livanda “Hizbullah” terror təşkilatına qarşı hücumlarını fasiləsiz davam etdirəcək”.
Teleqraf xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir deyib.
“Hizbullah” terror təşkilatına zərbələr endirməyə davam edəcəyik, hər fürsətdən yararlanacağıq. İsrailin şimal bölgəsinin sakinlərinin təhlükəsizliyindən güzəştə getməyəcəyik. Fasiləsiz hücuma davam edəcəyik”, - o vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Şərtlərdən biri İranın Hörmüz boğazını açması ilə əlaqəlidir. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.
ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb.
Razılaşma Livan məsələsinə şamil edilməyib.