BAKI, 8 aprel. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub.

Teleqraf "TRT Haber"ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Hakan Fidan Türkiyənin atəşkəs razılaşmasından məmnunluğunu ifadə edib.

O, həmçinin regionda davamlı sülhün bərqərar olması üçün Türkiyənin səylərini davam etdirəcəyini vurğulayıb.