BAKI, 8 aprel. TELEQRAF

Türkiyə fevralın 28-dən bəri regionu gərginlik ocağına çevirən müharibədə elan edilmiş atəşkəs razılaşmasını məmnuniyyətlə qarşılayır.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında paylaşım edib.

Dövlət başçısı mümkün təxribatlara və sabotaj cəhdlərinə fürsət verilmədən atəşkəsin tam şəkildə tətbiq olunacağına ümidvar olduğunu bildirib:

"Başda dost və qardaş Pakistan olmaqla, atəşkəsin elan edilməsi prosesində əməyi olan bütün tərəfləri ürəkdən təbrik edirik. Müharibə, münaqişə, gərginlik və zülmlərdən böyük zərər görmüş coğrafiyamızın ən qısa zamanda sülhə, əmin-amanlığa və sabitliyə qovuşması bizim səmimi arzumuzdur".

R.T. Ərdoğan qeyd edib ki, Türkiyə həm regionda, həm də dünyada sülhün səsini ucaltmağa və sabitliyin bərqərar olması üçün səylərini davam etdirəcək.