BAKI, 7 aprel. TELEQRAF
“Rəqəmsallaşma və süni intellekt əsaslı alqoritmlərin müdafiə konsepsiyasını formalaşdırdığı bir dövrün içindəyik”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Texnologiya inkişaf etdikcə məhsulların keyfiyyəti də dəyişir. Xüsusilə son dövrdə baş verən müharibə və böhran mühitində buna şahid oluruq. Artıq təsbit, aşkarlama, qərarvermə və məhvetmə proseslərində millisaniyələr belə fərq yaradır. Hava, quru və dəniz amillərinin bir-birinə qarışdığı texnologiyaların bütün balansları dəyişdirdiyi dövrdəyik.
Qürurla bəyan edirəm ki, bu yeni nizamın qurucu aktorlarından biriyik. Səngər müharibələrinin yerini kibermüharibələrin aldığı bu dövrə uyğunlaşmaqla bağlı heç bir narahatlıq yaşamırıq”, - dövlət başçısı bildirib.