BAKI, 6 aprel. TELEQRAF

İsrail müdafiə naziri İsrael Kats İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat idarəsinin rəisi Məcid Xadəminin öldürülməsi barədə əvvəlcədən Baş Qərargah rəisi Eyal Zamirə tapşırıq verdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, İranın bütün liderlərinin qorxu altında yaşadıqlarını bildirib.

“İran liderləri təqib hissi ilə yaşayırlar. Onları bir-bir ovlamağa davam edəcəyik”, - Kats vurğulayıb.

Müdafiə naziri Xadəmini SEPAH-ın üç yüksək vəzifəli simasından və müharibə cinayətlərinə birbaşa cavabdeh olanlardan biri kimi xarakterizə edib.

İsrael Kats vurğulayıb ki, Xadəminin öldürülməsi İnqilab Keşikçilərinin kəşfiyyat və əməliyyat imkanlarına ağır zərbədir.

Xatırladaq ki, Məcid Xadəni aprelin 6-da İsrail Hərbi Hava Qüvvələrinin Tehrana hava zərbələri nəticəsində öldürülüb. SEPAH məlumatı təsdiqləyib.