BAKI, 1 aprel. TELEQRAF
“İrana hücumlar dərin və sistemlidir”.
Teleqraf xəbər verir ki, bunu İsrail Ordusunun Baş Qərargah rəisi Eyal Zamir deyib.
“İran artıq sadəcə cəbhə deyil, əsas missiyası İsrail Dövlətini məhv etmək olan şər oxunun mərkəzidir”, - o bildirib.
Zamirin sözlərinə görə, İsrail ABŞ ilə birlikdə İranda dağıdıcı və ölümcül uğur qazanıb:
“Onların komandanlıq zəncirinin böyük hissəsini məhv etdik, komandanlıq və nəzarət imkanlarına, eləcə də silah istehsalı müəssisələrinə ciddi ziyan vurduq. İsrail vətəndaşlarına raket atmaq qabiliyyətləri zəifləyib. İran səması və digər yerlərdə İsrail ordusu üçün misli görünməmiş hərəkət azadlığı yaratdıq”.